Kitap Tanıtımı |
Ürək dağı Ürəyimdə bu dünyanın bir dağ yüklü dağı var!Yeddi rəngli möcüzənin həm qarası, ağı var!Arxasızın, kimsəsizin nə solu, nə sağı var.Varmı görən xoş sabahı, sevinc dolu novrağı? Dözülməz bir ağrı, sitəm, nə çətin ürək dağı?!Dolu-dolu xatirələr ürəyimdən keçərlər.Hər payızda qaranquşlar dəstə-dəstə köçərlər.Deyirdilər yar yolunda axı candan keçərlər Mənmi duya bilməyirəm, nədən gəlmir sorağı?Dözülməz bir ağri, sitəm, nə çətin ürək dağı?!Qarlar yağar dayanmadan ürəyimə yaz-bahar.Günəş qalxar yuksəklərdən alov saçar, nur saçar. Sevənlərin bağçasında min bir rəngli gül açarƏlçatmaz bir ümman kimi sevgimizin oylağıDözülməz bir ağrı, sitəm, nə çətin ürək dağı?!Necə dağdır, yaxşı bilər ürək dağı görənlər. Qəlbi dağ tək böyük olar eşqdən sevgi dərənlər.Açıq gözlü, ayıq olar qəlb sirrinə ərənlərDünya gözəl, həyat gözəl, ömrümün gözəl çağı!Bəzən yaşam gücümüzdür çəkilən ürək dağı! (Tanıtım Bülteninden) ) |